“Azarkeşlər bizi fitə basmaqda tamamilə haqlı idi” – Bonuççi

“Yuventus”un müdafiəçisi Leonardo Bonuççi Çempionlar Liqasının qrup mərhələsinin 2-ci turunda “Benfika”ya məğlubiyyətlərini (1:2) şərh edib.

Komanda.az İtaliya mətbuatına istinadən xəbər verir ki, italiyalı futbolçu, azarkeşlərin onları fitə basmasını ədalətli hesab etdiyini deyib:

“Ünvanımıza yönələn fit səsləri ədalətlidir. Uduzmamalı olduğumuz matçı uduzduq, azarkeşlər bizi fitə basmaqda tamamilə haqlı idi. Təəssüf ki, vurduğumuz qollardan sonra bizim üçün çətin olan anı yaşayırıq. Mən narahatam, gizlədəcək heç nəyim yoxdur. Təəssüf ki, oyundan kənarda qaldıq. Bunun fiziki və ya zehni geriləmə ilə əlaqəli olduğunu bilmirəm. İndi sadəcə susmaq və işləmək lazımdır”.

Turin klubu ardıcıl dörd oyundur ki, qələbə qazana bilmir. İtaliya çempionatında “Yuventus” 6 oyunda 10 xalla səkkizinci pillədə qərarlaşıb. Çempionlar Liqasında isə üçüncü yerdədir (0 xal).

“Yuventus” Çempionlar Liqasının növbəti turunda, oktyabrın 5-də “Makkabi” (Hayfa, İsrail) ilə qarşılaşacaq.

Bizi Telegramda izləyin

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button