“Azarkeşlər “Qarabağ”la matçın ağırlığını hiss edirlər”

Macarıstanın “Ferentsvaroş” komandasının prezidenti Qabor Qubabov UEFA Çempionlar Liqasının 3-cü təsnifat mərhələsi çərçivəsində “Qarabağ”a qarşı keçirəcəkləri cavab oyunu öncəsi fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bunları söyləyib:

“Duel iki matçdan ibarətdir. “Slovan”la görüşdə də bir dəqiqə belə ruhdan düşmədik və nəticə qazandıq. Azarkeşlər matçın ağırlığını hiss edirlər. Futbolçularımız da oyunun əhəmiyyətinin fərqindədirlər. Odur ki, fanatlarımız qazanacağımız uğuru canlı izləmək şansını qaçırmamalıdır”.

Sabah Budapeştdəki “Groupama Arena”da baş tutacaq “Ferentsvaroş” – “Qarabağ” matçına Bakı vaxtı ilə saat 22:00-da start veriləcək. Bakıdakı ilk oyunda qalib müəyyənləşməyib – 1:1.