Azərbaycanlı federasiya rəsmisi “Qalatasaray”ın oyununa təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Kommunikasiya şöbəsinin rəhbəri Zöhrab Gözəlbəyli beynəlxalq yarışa təyinat alıb.

AVF-dən Komanda.az-a verilən məlumata görə, qurum rəsmisi qadın voleybolçular arasında CEV Kubokunun yarımfinal mərhələsində Türkiyənin “Qalatasaray” və Rumıniyanın “Voluntari” komandaları arasında keçiriləcək oyunda supervayzer kimi fəaliyyət göstərəcək.

Martın 11-də Türkiyədə baş tutacaq qarşılaşmanı serbiyalı Darko Saviç və litvalı Sergey Rodin idarə edəcəklər.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button