Azərbaycanlı federasiya prezidentinin 47 yaşında vəfat etməsinin səbəbi məlum olub

Azərbaycan Karate-Do Federasiyasının prezidenti Arif Məmmədov Gürcüstanda vəfat edib.

Komanda.az xəbər verir ki, Məmmədovun vəfat səbəbi məlum olub.

Məmmədov Türkiyənin Trabzon şəhərində, 47 yaşında həyatını itirib. Gürcüstanın Batumi şəhərində qəflətən səhhətində problemlər yaranan Məmmədova həkimlər ağciyərlərin buzlaşması diaqnozu qoyublar. O, xəstəxanada üç həftədən artıq müalicə alıb və həmin zaman komada olub. Ardından vəziyyəti daha da pisləşib. Bundan sonra federasiya prezidenti müalicəsini davam etdirmək üçün Türkiyənin Trabzon şəhərindəki xəstəxanaların birinə təxliyə olunub. Burada həkimlərin cəhdlərinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

Məmmədov karate üzrə üçqat dünya və beşqat Avropa çempionu olub. O, 2022-ci ildən Azərbaycan Karate-Do Federasiyasının, 2021-ci ildən isə Dünya Müasir Döyüş növləri Federasiyasının Avropa üzrə vitse-prezidenti idi.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button