Azərbaycan millisi Ermənistanı məğlub edib, 3-cü oldu

Azərbaycanın kişi və qadın şahmatçılarından ibarət milli komandaları Gürcüstanın Batumi şəhərindəki Avropa çempionatının son turunu qələbə ilə başa vurub.

Komanda.az xəbər verir ki, qadın şahmatçılardan ibarət Azərbaycan millisi Ermənistanı məğlub edib. Bununla da qadınlardan ibarət Azərbaycan millisi uzun müddətdən sonra ilk dəfə Avropa çempionatının medalçıları arasında yer alıb. Azərbaycan yığması 3-cü yeri tutaraq, bürünc medalın sahibi olub.

Kişi şahmatçılardan ibarət Azərbaycan yığması isə sonuncu turda Sloveniyadan üstün olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button