
Azərbaycanın daha iki cüdoçusu AÇ-də bürünc medal qazandı
Azərbaycanın daha iki cüdoçusu Monteneqronun paytaxtı Podqoritsada keçirilən Avropa çempionatında bürünc medal qazanıb.
Komanda.az xəbər verir ki, Murad Fətiyev (90 kq) bürünc mükafata sahib çıxıb.
O, üçüncü yer uğrunda görüşdə fransalı Aleksis Metyunu məğlub edib.
Zelim Tçkayev (81 kq) də bürünc mükafata sahib çıxıb. O, üçüncü yer uğrunda görüşdə moldovalı Petru Pelivana qalib gəlib.
Daha əvvəl Əhməd Yusifov (60 kq) və Rəşid Məmmədəliyev (73 kq) də bürünc medal qazanıblar.
Avropa çempionatında Azərbaycanı 12 çəki dərəcəsində ümumilikdə 15 cüdoçu (9 kişi, 6 qadın) təmsil edir. Yığma, həmçinin, qarışıq komanda yarışında mübarizə aparacaq.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



