Azərbaycanın 2 cüdoçusu Avropa çempionatında yarımfinala yüksəlib

Azərbaycanın daha üç cüdoçusu Xorvatiyanın paytaxtı Zaqrebdə davam edən Avropa çempionatında mübarizəyə qoşulub.

Komanda.az xəbər verir ki, yarışın son günündə 90 kq çəki dərəcəsində Murad Fətiyev 1/4 finala, Elcan Hacıyev yarımfinala qədər irəliləyib.

Yarımfinala adlayan digər idmançımız Zelim Kotsoyev isə 100 kq çəkidə bu uğura imza atıb.

Yarışın ilk günündə Balabəy Ağayev (60 kq) gümüş medala sahib çıxıb. Növbəti gün Hidayət Heydərov (73 kq) qızıl medal qazanmaqla dördüncü dəfə Avropa çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button