Azərbaycan yığmasının oyunlarının təqvimi dəqiqləşdi

17 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsinin oyunlarının təqvimi müəyyənləşib.

Komanda.az xəbər verir ki, Millətlər Liqası formatında təşkil olunacaq seçmə mərhələ oyunlarında millimiz B Liqasının 4-cü qrupunda Slovakiya və Latviya komandaları ilə mübarizə aparacaq.

Bu qrupun oyunları Latviyada keçiriləcək.

Oyunların təqvimini və qarşılaşmaları idarə edəcək hakimləri diqqətinizə çatdırırıq:

Latviya – Azərbaycan
23 oktyabr. Salaspils. Salaspils BSS stadium. Saat 20:00
Hakimlər: Lisa Benn, Sophie Dennington (İngiltərə), Line Cathrine Nymoen, Emilie Torkelsen (Norveç)

Azərbaycan – Slovakiya
26 oktyabr. Salaspils. Salaspils BSS stadium. Saat 14:00
Hakimlər: Anastasiya Romanyuk, Oleksandra Vdovina (Ukrayna), Sophie Dennington, Lisa Benn (İngiltərə)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button