Azərbaycan yığması Mərakeşə də qalib gəldi

Avropa çempionatının təsnifat mərhələsinə və İslam Həmrəyliyi Oyunlarına hazırlığını Bakıda davam etdirən kişi voleybolçulardan ibarət Azərbaycan millisi bu gün sonuncu yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Pərviz Səmədovun baş məşqçi olduğu komanda Mərakeş seçməsi ilə qarşılaşıb.

Görüş Azərbaycan yığmasının 3:2 hesablı qələbəsi ilə başa çatıb.

Milli komanda bu rəqibə qarşı keçirdiyi ilk oyunda oxşar hesabla məğlub olmuşdu. Komandamız Belarus yığması ilə oyunlardan da birində uduzub (1:3), digərində qalib gəlib – 3:2.

Yoxlama oyunu
22 iyul

Azərbaycan – Mərakeş 3:2 (23:25, 25:19, 25:21, 18:25, 15:13)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button