Azərbaycan millisinin kapitanı Türkiyədə dördüncü oldu

Türkiyənin “Sakarya BB Pro Team” klubunun tərkibində çıxış edən Azərbaycanın şose velosipedi üzrə elit yığma komandasının kapitanı Elçin Əsədov qonşu ölkədə keçirilən Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı Yahyalı qran-prisində iştirak edib.

Komanda.az xəbər verir ki, Azərbaycan millisinin kapitanı 118 km məsafəni 2 saat 40 dəqiqə 51 saniyə nəticə ilə 4-cü sırada başa vurub.

Əsədov bu nəticə ilə həm şəxsi, həm də milli komandanın beynəlxalq reytinq hesabına daha 20 xal əlavə edib. Yarışda 1-ci yerə Türkiyənin “Spor Toto” klubunun üzvü Aleksandr Prevar (2:40.36) layiq görülüb.

Yahyalı qran-prisində 6 ölkədən 55 idmançı 10 komandada mübarizə aparıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button