“Qarabağ” 8-ci çempionluğunu qazandı, “Neftçi”yə çatdı

Azərbaycan Premyer Liqasında mövsüm koronavirus pandemiyasına görə dayandırılıb.

Komanda.az xəbər verir ki, mövsümün qalibi hazırkı turnir cədvəlinə uyğun olaraq müəyyənləşdirilib. Buna əsasən, lider “Qarabağ” Azərbaycan çempionu elan olunub. “Köhlən atlar” 20 turdan sonra 45 xalla 1-ci sırada idi. Ağdam təmsilçisi ən yaxın izləyicisi “Neftçi”ni 8 xal qabaqlayırdı.

“Qarabağ” bununla da, ardıcıl 7-ci, ümumilikdə isə 8-ci çempionluğunu qazanıb. Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv Premyer Liqa çempionluğu sayında “Neftçi”yə çatıb. Hər iki klub 8 dəfə Azərbaycan çempionu adını qazanıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button