Premyer Liqa: 21-ci əsrdə 6-cı dəfə yüksək məhsuldarlıq qeydə alınıb

Azərbaycan Premyer Liqasında 21-ci əsrdə 6-cı dəfə yüksək məhsuldarlıq qeydə alınıb.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, 2023/2024 mövsümünün “qış çempionu” “Qarabağ” 18 oyunda 45 qol vuraraq buna nail olub.

Qurban Qurbanovun yetirmələrinin orta məhsuldarlığı 2,50-yə bərabərdir. Bununla 6-cı dəfədir ki, 18 matçdan sonra bir komanda yüksək məhsuldarlıq göstərib. Yalnız “Qarabağ”, “Şəmkir” və “Neftçi” bunu bacarıblar.

“Qarabağ” 2003/2004 mövsümündə 51, ötən çempionatda isə 48 dəfə fərqlənib. 2000/2001 mövsümünün 18 oyununda 54 qol vuran “Şəmkir” bu göstəricidə əsrin rekordçusudur. Həmin mövsüm “Neftçi” 49, bir il sonra “Şəmkir” 46 qola imza atıb.

Ölkə çempionatları tarixində ilk 18 tur üçün mütləq rekord 63 qola bərabərdir. 1998/1999 mövsümündə “Kəpəz”in orta göstəricisi 3,50 olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button