Azərbaycan millisinin sabiq hücumçusu “Şalke”də

Azərbaycan millisinin sabiq hücumçusu Rüfət Dadaşov karyerasını yenidən Almaniyada davam etdirəcək.

Komanda.az xəbər verir ki, 30 yaşlı futbolçu “Şalke”nin ikinci komandasına keçib.

Bu barədə sözügedən klubun rəsmi saytı məlumat yayıb. Rüfətin Regional Liqada çıxış edən komanda ilə müqaviləsinin müddəti və digər detalları açıqlanmır.

Qeyd edək ki, son olaraq ABŞ-ın “Finiks Rayzinq” klubunun formasını geyinən Dadaşov Almaniyada “Kayzerslautern”, “Saarbrükken”, “Dinamo” (Berlin) və “Proyssen”də də çıxış edib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button