Azərbaycan millisinin qrupunda komanda sayı artırıldı

DÇ-2022-nin seçmə mərhələsində Azərbaycan millisinin yer aldığı A qrupunda komanda sayı artırılıb.

Komanda.az AFFA-nın saytına istinadən xəbər verir ki, UEFA son Asiya çempionu və mundialın ev sahibi olan Qətər seçməsini hazırlıq məqsədilə bu qrupa dəvət edib.

Bu komanda A qrupunda yer alan bütün kollektivlərlə təqvimə uyğun olaraq ev-səfər prinsipi əsasında qarşılaşacaq.

Rəqiblərin səfər məsafəsinin qısa olması üçün Qətər millisinin ev oyunları Avropada keçiriləcək.

Bu yığmanın iştirakı ilə baş tutacaq ev qarşılaşmalarının məkanı və saatı barədə əlavə məlumat veriləcək.

Qeyd edək ki, A qrupunda Azərbaycan və Qətərlə yanaşı, Portuqaliya, Serbiya, İrlandiya və Lüksemburq yığmaları da qərarlaşıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button