Azərbaycan millisinin Millətlər Liqasındakı oyunlarının təqvimi müəyyənləşib

Qadın futbolçulardan ibarət Azərbaycan millisinin ilk dəfə təşkil olunacaq UEFA Millətlər Liqasının 2023/2024 mövsümündə keçirəcəyi oyunların təqvimi müəyyənləşib.

Komanda.az AFFA-ya istinadən xəbər verir ki, C Liqasının III qrupunda yer alan yığma ilk oyununu sentyabrın 22-də evdə Kiprə qarşı keçirəcək.

Siyasət Əsgərovun yetirmələri qrupda son matçlarını da dekabrda öz meydanında keçirəcəklər.

Azərbaycan yığmasının oyunlarının təqvimi:

22 sentyabr. Azərbaycan – Kipr

26 sentyabr. Monteneqro – Azərbaycan

27 oktyabr. Farer adaları – Azərbaycan

31 oktyabr. Azərbaycan – Monteneqro

1 dekabr. Kipr – Azərbaycan

5 dekabr. Azərbaycan – Farer adaları

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button