
Azərbaycan millisinin Latviya ilə oyununun təyinatları açıqlanıb
Futbol üzrə Azərbaycan millisinin Latviya yığması ilə keçirəcəyi yoldaşlıq oyununun təyinatları açıqlanıb.
Komanda.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidmətindən məlumat yayıb.
Görüşü Maltadan və Latviyadan olan hakimlər idarə edəcək.
Maltalı baş hakim Trustin Farrugia Canna Luke Portelli və Roberto Vella yardım edəcək. Dördüncü hakim funksiyasını isə latviyalı Vitalis Spasyonnikovs yerinə yetirəcək.
Qarşılaşma iyunun 7-də, paytaxt Riqada yerləşən “Skonto” stadionunda saat 17:00-da start götürəcək.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



