Azərbaycan millisinin Avropa çempionatı üçün heyəti açıqlandı

22 yaşadək oğlan voleybolçulardan ibarət Azərbaycan millisinin heyəti açıqlanıb. 

Komanda.az xəbər verir ki, baş məşqçi Eldar Əliyev Avropa çempionatının seçmə mərhələsi üçün oyunlara 16 oyunçu çağırıb. 

Onlar əsasən Azərbaycan çempionatında uğur qazanan voleybolçulardır: 

Toppaylayıcılar: Amirmehdi Ablou, Roman Qurski, Mirəşrəf Rzazadə, Uğur İbrahimov;
Hücumçular: Ruslan Əliyev, Mais Verdizadə, Rəşad Əliyev, Farzin Cafari Nazloo, Yusif Bünyatov, Kənan Həsənli;
Blokçular: Emil Aşumov, Aslan Həmidov, Mərdan Məmmədov, Yeqor Nikulenko;
Liberolar: Ferhat Jenkel, Emin Əmirxanlı

Azərbaycan millisi seçmə mərhələdə Niderland, Kosovo və Slovakiya ilə E qrupunda mübarizə aparacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button