Azərbaycan millisinin rəqibinin heyətində dəyişiklik: 3 futbolçu göndərildi

Azərbaycan millisinin AÇ-2020-nin seçmə mərhələsindəki rəqiblərindən olan Macarıstan yığmasının heyətində dəyişiklik edilib.

Komanda.az Macarıstan Futbol Federasiyasının saytına istinadən xəbər verir ki, millinin baş məşqçisi Marko Rossi Azərbaycan və Uelslə oyunlar üçün müəyyənləşdirdiyi 32 futbolçudan ibarət heyətdən 3 nəfəri çıxarıb. Adam Bodi, Marton Eppel və Daniel Qazdaq yığmanın düşərgəsini tərk edib.

Macarıstan yığması AÇ-2020-nin seçmə mərhələsində, iyunun 8-də səfərdə Azərbaycan millisi ilə qarşılaşacaq. Görüş saat 20:00-da, 8-ci km stadionunda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button