Azərbaycan millisindən Səudiyyə Ərəbistanı üzərində növbəti qələbə

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası növbəti yoxlama oyununu keçirib.

Komanda.az xəbər verir ki, Bakı “Su İdman Sarayı”nın ərazisindəki çimərlik futbolu meydançasında Səudiyyə Ərəbistanı yığması ilə qarşılaşan millimiz 6:4 hesabı ilə qələbə qazanıb.

Orxan Məmmədov və Sabir Allahquliyevin dubl etdiyi oyunda komandamızın digər qollarını Vaqif Şirinbəyovla Comərd Baxşəliyev vurub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button