Azərbaycan millisindən qələbəyə bərabər heç-heçə

Azərbaycan milli komandası bu gün AÇ-2020-nin seçmə mərhələsində növbəti oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Nikola Yurçeviçin rəhbərlik etdiyi kollektiv Xorvatiya yığması ilə qarşılaşıb. 8-ci km stadionunda keçirilən qarşılaşmaya saat 20:00-da start verilib.

E qrupunda Xorvatiya, Macarıstan, Slovakiya və Uelslə mübarizə aparan Azərbaycan yığması 0 xalla sonuncu pillədəydi.

Qarşılaşmada hesabı da xorvatlar açıblar. Qonaqların kapitanı Luka Modriç öz doğum günündə penaltini dəqiq zərbə ilə qola çevirib. Amma ikinci hissədə meydana sonradan çıxan Təmkin Xəlilzadə hesaba tarazlıq gətirən qola imza atıb. Matçda başqa qol olmayınca yığmamız DÇ-nin finalçısından xal alıb. Bu, həm də yığmamızın cari tsikldə ilk xalı olub.

Qrupun digər oyununda Macarıstan Slovakiyanı qəbul edəcək.

AÇ-2020, seçmə mərhələ, 6-cı tur

9 sentyabr

Azərbaycan – Xorvatiya 1:1
Qol: Təmkin Xəlilzadə, 72 – Luka Modriç, 11-pen.
Baş hakim:
Sandro Şörer (İsveçrə)

Azərbaycan: 12. Emil Balayev, 2. Qara Qarayev, 3. Şəhriyar Rəhimov, 5. Maksim Medvedev (k), 6. Bəhlul Mustafazadə, 10. Mahir Emreli, 11. Ramil Şeydayev, 13. Dmitri Nazarov, 21. Pavel Paşayev, 22. Cavid Hüseynov.
Ehtiyat oyunçular: 1. Səlahət Ağayev, 23. Şahruddin Məhəmmədəliyev, 7. Araz Abdullayev, 8. Emin Mahmudov, 9. Ağabala Ramazanov, 14. Rəşad Eyubov, 15. Ömər Buludov, 16. Rüfət Dadaşov, 17. Renat Dadaşov, 19. Təmkin Xəlilzadə, 20. Riçard Almeyda.
Baş məşqçi: Nikola Yurçeviç.
Xorvatiya: 1. Dominik Livakoviç, 3. Borna Barişiç, 4. İvan Perişiç, 6. Deyan Lovren, 10. Luka Modriç (k), 11. Marselo Brozoviç, 13. Nikola Vlaşiç, 18. Ante Rebiç, 20. Bruno Petkoviç, 21. Domaqoy Vida, 22. Karlo Bartoleç.
Ehtiyat oyunçular: 12. Lovre Kaliniç, 23. Simon Sluqa, 2. Miyo Çaktaş, 5. Matey Mitroviç, 7. Yosip Brekalo, 8. Marko Roq, 9. Mislav Orşiç, 14. Mile Şkoriç, 15. Mario Paşaliç, 16. Yosip Yuranoviç, 17. Dario Melnyak, 19. Milan Badel.
Baş məşqçi: Zlatko Daliç.

22:45 Macarıstan – Slovakiya 1:2

Qol: Soboslai, 50 – Mak, 40. Bojenik, 56.
Baş hakim:
Antonio Mateu Laos (İspaniya)

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button