Azərbaycan millisi Niderlandı qələbəsiz tərk edir

Niderlandda qadın voleybolçular arasında keçirilən Avropa Olimpiya Təsnifat turnirində qrup mərhələsinə bu gün yekun vurulub.

Komanda.az xəbər verir ki, Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya şansını itirən Azərbaycan yığması Apeldornda son oyununa çıxıb.

Millimizin qrupda son rəqibi Polşa olub. Görüş millimiz üçün formal xarakter daşıyırdı. Komandamız ilk iki matçda məğlub olduğundan, yarımfinala iddiası qalmamışdı. Ancaq hər iki qarşılaşmada qələbə qazanan polşalılar 0:3 hesabı ilə yenilərsə, birinciliyi əldən verəcəkdilər. Lakin bu da baş verməyib. Komandamız bu görüşdən də məğlub ayrılıb.

Avropa Təsnifat Turniri, A qrupu

10 yanvar

Polşa – Azərbaycan 3:0 (25:19, 25:19, 25:23)
Apeldorn (Hollandiya), “Omnisport” salonu

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button