Azərbaycan millisi Niderlanda rəqib oldu

Final mərhələsi 2024-cü ildə Şimali İrlandiyada təşkil olunacaq 19 yaşadək futbolçulardan ibarət milli komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin püşkü atılıb.

Komanda.az xəbər verir ki, bu gün İsveçrənin Nyon şəhərində keçirilmiş püşkatmanın nəticələrinə əsasən, Azərbaycan millisi Niderland, Bosniya və Herseqovina və Lüksemburq yığmaları ilə birlikdə 11-ci qrupda yer alıb.

Bu qrupun oyunları 15-18-21 noyabr tarixlərində Lüksemburqda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button