Azərbaycan millisi minimal hesablı qələbə qazandı

Minskdə təlim-məşq toplanışında olan 19 yaşadək futbolçulardan ibarət Azərbaycan yığması Belarusun müvafiq yaş qrupuna aid komandası ilə yoldaşlıq oyunu keçirib.

Komanda.az xəbər verir ki, qarşılaşma Azərbaycan millisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Oyunda yeganə qolu Tural Vəlizadə penalti zərbəsindən vurub.

Azərbaycan millisi bir neçə gün əvvəl Belarusa yoxlama oyununda 0:4 hesabıyla məğlub olmuşdu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button