Azərbaycan millisi Dünya Seriyasının 1/4 finalında

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Dünya Seriyasının Sumqayıt mərhələsində 1/4 finala vəsiqə qazanıb.

Komanda.az xəbər verir ki, Ratomir Deliçin baş məşqçisi olduğu komanda Slovakiya seçməsi ilə qarşılaşıb.

Bu matçda rəqibinə 21:8 hesabı ilə qalib gələn komanda növbəti mərhələyə qrup lideri kimi yüksəlib.

Komanda ilk qrup oyununda Çexiyanı da məğlub etmişdi – 20:12.

Millimiz 1/4 finalda Çin yığması ilə üz-üzə gələcək. Oyun 27 iyul saat 16:00-da start götürəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button