
Azərbaycan millisi seçmə mərhələdə ilk qələbəsini qazanıb
Azərbaycanın kişilərdən ibarət basketbol millisi DÇ-2027-nin seçmə mərhələsində ilk qələbəsini qazanıb.
Komanda.az xəbər verir ki, Tahir Baxşıyevin baş məşqçisi olduğu komanda Avropa zonası üzrə A qrupunun 2-ci turunda Kosovonu üstələyib.
“Sərhədçi” İdman Mərkəzində baş tutan qarşılaşmada yığmamız 87:77 hesablı qələbə qazanıb.
Azərbaycan millisi ilk turda İsveçrəyə (53:72) məğlub olub.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



