Azərbaycan millisi Avropa çempionatının komanda yarışında medalsız qaldı

Cüdo üzrə Azərbaycan millisi Almaniyanın Potsdam şəhərində 23 yaşa qədər idmançılar arasında keçirilən Avropa çempionatının komanda yarışında medal qazana bilməyib.

Komanda.az xəbər verir ki, qitə birinciliyinin son günündə mübarizəyə 1/4 finaldan başlayan yığma Ukrayna üzərində 4:1 hesablı qələbə qazansa da, uğurlu startın davamını gətirə bilməyib.

Cüdoçularımız əvvəlcə yarımfinalda Almaniyaya 3:4, ardından isə bürünc medal uğrunda görüşdə Gürcüstana 1:4 hesabı ilə məğlub olublar.

Yığmanın 5 üzvü – Aydan Vəliyeva (52 kq), Məhəmməd Musayev (60 kq), Aydın Rzayev (66 kq), Nəriman Mirzəyev (73) və Məhərrəm İmamverdiyev (81 kq) fərdi yarışlarda bürünc medal qazanıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button