Azərbaycan millilərinin rəqibləri məlum oldu

19 yaşadək qadın futbolçulardan ibarət Azərbaycan milli komandasının final mərhələsi 2025-ci ildə Litvada təşkil olunacaq Avropa çempionatının ilkin seçmə mərhələsində mübarizə aparacağı rəqibləri müəyyənləşib.

Komanda.az xəbər verir ki, Millətlər Liqası formatında təşkil olunan seçmə mərhələ oyunlarında millimiz 4-cü qrupda Monteneqro, Bolqarıstan və Latviya yığmaları ilə mübarizə aparacaq.

Bu qrupun oyunları 2024-cü ilin 3, 6, 9 aprel tarixlərində Latviyada təşkil olunacaq. İlkin mərhələdə B Liqasının qrup qalibləri A Liqasına vəsiqə qazanacaq.

Final mərhələsi 2025-ci ildə İsveçdə təşkil olunacaq 17 yaşadək qadın futbolçulardan ibarət komandaların Avropa çempionatının ilkin seçmə mərhələsinin də püşkü atılıb. Millimiz B Liqasında Bolqarıstan, Sloveniya və Moldova yığmaları ilə birlikdə 2-ci qrupda yer alıb. Bu qrupun oyunları gələn il 14, 17, 20 mart tarixlərində Bolqarıstanda keçiriləcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button