Azərbaycan milliləri Türkiyədə təlim-məşq toplanışına başladılar

16 və 18 yaşadək qadın basketbolçulardan ibarət Azərbaycan milliləri Türkiyənin İstanbul şəhərində təlim-məşq toplanışına başlayıblar.

Komanda.az xəbər verir ki, komandalara türkiyəli mütəxəssis Evren Alkaya rəhbərlik edir.

Basketbolçular gün ərzində iki dəfə olmaqla taktiki və fiziki məşqləri mütəmadi şəkildə davam etdirirlər.

Hazırlıq prosesi martın 28-dək davam edəcək. Toplanış dönəmində bir neçə yoxlama görüşünün təşkili planlaşdırılır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button