Şahin Diniyev oğlu haqda: “Coşqun nəyisə dəyişməli idi”

Azərbaycan milli komandasının sabiq baş məşqçisi Şahin Diniyev oğlu Coşqun Diniyevin “Sabah”dan ayrılaraq “Zirə”yə keçməsinə münasibət bildirib.

Komanda.az saytına danışan Diniyev, oğlunun irəli doğru addım atdığını deyib:

“Mənə elə gəlir ki, uğurlu keçiddir. Coşqun nəyisə dəyişməli idi. “Zirə”yə keçməklə, irəli addım atdı. Ümid edirəm ki, o, yeni komandasında keçmiş formasına qayıdacaq və bizi sevindirəcək”.

“Zirə” “Sabah”dan ayrılan Coşqun Diniyevlə iki illik müqavilə bağlayıb.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button