
“Sabah”dan “qızıl dubl”
Bu gün futbol üzrə Azərbaycan kubokunun qalibi məlum olub.
Komanda.az xəbər verir ki, həlledici oyunda “Sabah”la “Zirə” üz-üzə gəlib. Cari mövsümdə Premyer Liqada çempionluğunu rəsmiləşdirən Masazır təmsilçisi kuboka da sahib çıxmağa çalışıb. Komanda ötən mövsüm tarixində ilk dəfə ölkə kubokunu qazanmışdı.
“Zirə” isə final matçında qələbə qazanmaqla həm tarixində ilk dəfə kuboka, həm də Avropa Liqasına birbaşa vəsiqəyə yiyələnə bilərdi. Amma üç qolluq görüş “bayquşlar”ın əzmkar qələbəsi ilə yekunlaşıb. Beləcə, “Sabah” “qızıl dubl”a imza atıb.
Azərbaycan kuboku, final oyunu
13 may
Sabah – Zirə 2:1
Qollar: Patrik Mbina, 70. Coy Lens Mikels, 90+2 – Eren Aydın, 4.
Hakimlər: Elçin Məsiyev, Elşad Abdullayev, Pərvin Talıbov, Əli Əliyev
Ehtiyat köməkçi hakim: Gülnurə Əkbərzadə
VAR: Tural Qurbanov
AVAR: Rəhman İmami
Hakim-inspektor: Şahin Cəfərov
AFFA nümayəndəsi: Anar Şıxəliyev
“Palms Sports Arena
Sabah: 92. Stas Pokatilov (k), 10. Aleksey İsayev, 20. Coy Lens Mikels, 21. Velko Simiç, 40. İqor Noqeyra, 80. Akim Zedadka, 3. Stiv Solvet, 27. Timoteuş Puxaç, 13. İvan Lepinitsa, 7. Umarali Rahmonaliyev, 19. Aaron Maluda.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 94. Rəvan Mirzəmmədov, 17. Tellur Mütəllimov, 2. Amin Seydiyev, 5. Rəhman Daşdəmirov, 6. Abdulla Xaybullayev, 9. Xəyal Əliyev, 70. Jesse Sekidika, 11. Kahim Parris, 22. Zinedin Uld Xaled, 99. Patrik Mbina, 53. Andrey Santos.
Baş məşqçi: Valdas Dambrauskas.
Zirə: 97. Tyaqo Silva, 32. Qismət Alıyev (k), 26. Stefan Akka, 4. Ruan Renato, 9. Davit Volkov, 30. Rikardo Martins, 20. İssa Cibrilla, 93. Brahim Konate, 5. Ange Mutsinzi, 17. Ayron Qomis, 22. Eren Aydın.
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 13. Aydın Bayramov, 70. Namik Ələskərov, 8. İsmayıl İbrahimli, 7. Rövlan Muradov, 14. Elçin Əlicanov, 19. Rüfət Abdullazadə, 29. Ceyhun Nuriyev, 28. Leroy Mikels, 10. Georgi Papunaşvili, 11. Junior Martins, 6. Eldar Quliyev.
Baş məşqçi: Rəşad Sadıqov.
Bizi Facebook-da izləyin



