Azərbaycan kuboku: 1/4 finalın ilk oyunlarının təqvimi müəyyənləşib

Azərbaycan kubokunda 1/4 final mərhələsinin ilk oyunlarının təqvimi müəyyənləşib.

Komanda.az Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, qarşılaşmalar yanvarın 30-31-də keçiriləcək.

İki günü əhatə edəcək mərhələnin bütün görüşləri “CBC Sport” kanalı vasitəsilə canlı yayımlanacaq.

30 yanvar

15:00. “Səbail” – “Zirə”
“ASCO Arena”

19:00. “Sabah” – “Qarabağ”
“Bank Respublika Arena”

31 yanvar

16:00. “Araz-Naxçıvan” – “Qəbələ”
“Dalğa Arena”

19:00. “Sumqayıt” – “Neftçi”
Sumqayıt şəhər stadionu.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button