Azərbaycan idmançıları dünya çempionatında 17 medal qazanıblar

Azərbaycan idmançıları Gürcüstanın paytaxtı Tbilisidə keçirilən universal döyüşün güləş versiyası üzrə dünya çempionatında 17 medal qazanıblar.

Komanda.az xəbər verir ki, 35 ölkə təmsilçilərinin qatıldığı yarışda 28 idmançımız mübarizə aparıb.

Universal Döyüş Federasiyasının prezidenti Azər Həsənovun rəhbərlik etdiyi komandalar yeniyetmələr, gənclər və böyüklər arasında güclərini sınayıblar. Yeniyetmələr 1 qızıl, 3 gümüş, 2 bürünc, gənclər 2 qızıl, 1 gümüş, 2 bürünc, böyüklər isə 1 qızıl, 2 gümüş, 3 bürünc medalla vətənə qayıdıblar.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button