Azərbaycan güləşçiləri İstanbula toplanışa yollandı

Sərbəst güləş üzrə Azərbaycan yığması sabah ölkə xaricində növbəti təlim-məşq toplanışına başlayacaq.

Komanda.az xəbər verir ki, millimiz bu gün Türkiyəyə yola düşüb.

Baş məşqçi Saypulla Absaidov və böyük məşqçi Zəlimxan Hüseynovun rəhbərliyi altında 14 güləşçi iyulun 10-dək İstanbulda hazırlıq keçəcək. Daha sonra komandamız ayın 11-dən 14-dək həmin şəhərdə təşkil olunacaq reytinq xarakterli Yaşar Doğunun xatirə turnirində qüvvəsini sınayacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button