Azərbaycan çempionu Almaniya klubunda

“Azəryol”un sabiq həndbolçusu Vlada Kosmina Almaniyanın “Frankfurter” komandasına keçib.

Komanda.az xəbər verir ki, ukraynalı oyunçu 3-cü divizion təmsilçisi ilə rəsmi müqavilə bağlayıb.

29 yaşlı həndbolçu yeni komandasında debüt də edib. “Mönkeberg/Şönkirxen”ə 27:25 hesabı ilə qalib gəldikləri matçın iştirakçısı olan pleymeyker 6 qol vurub.

2017-2019-cu illərdə “Azəryol”da çıxış etmiş Kosmina iki dəfə Azərbaycan çempionu olub.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button