Azərbaycan çempionatında 2-ci tura yekun vuruldu

Kişi həndbolçular arasında Azərbaycan çempionatında 2-ci turun matçları keçirilib.

Komanda.az xəbər verir ki, növbəti oyun günündə meydana əvvəlcə “Bakı” və “Məhsul” komandaları çıxıblar.

Görüşün əsas vaxtı heç-heçə ilə başa çatıb – 21:21. Qalibi müəyyənləşdirən penaltilər seriyasında isə zərbələri daha dəqiq yerinə yetirən “Məhsul” son çempion üzərində ardıcıl ikinci qələbəsini rəsmiləşdirib – 25:24.

Günün digər oyunlarında “İdman Akademiyası” kollektivi RİOEUGİM komandasına 34:30, “Təhsil” isə U-16-ya 46:22 hesabı ilə qalib gəlib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button