
Azərbaycan boksçuları “Stranca” turnirində iştirak edəcəklər
Azərbaycan boksçuları Bolqarıstanın paytaxtı Sofiyada keçiriləcək beynəlxalq “Stranca” turnirində iştirak edəcəklər.
Komanda.az Boks Fedrasiyasına istinadən xəbər verir ki, fevralın 23-də başlayacaq və 8 gün davam edəcək yarışda 12 idmançı ilə təmsil olunacaq.
Məşqçilər korpusu ilin ilk beynəlxalq sınağında Bilalhəbaşi Nəzərov (50 kq), Nicat Hüseynov, Zəlimxan Süleymanov, Zidan Hünbətov (hər üçü 55 kq), Məhəmmədəli Aşırəliyev, Məhəmmədəli Qasımzadə, Tağı Nəsibov (hər üçü 60 kq), Maqsud Xasmetov, Malik Həsənov, Zaur Qəhrəmanov (hər üçü 65 kq), Murad Allahverdiyev (80 kq) və Səbuhi Əlizadəyə (+90 kq) şans verəcək.
35 ölkədən 400-dək boksunun iştirakı gözlənilən turnirdə ölkəmizi hakim kimi Qalib Əbiyev təmsil edəcək.
Yarışın püşkü fevralın 22-də atılacaq.
Bizi Facebook-da izləyin



