Azərbaycan Argentina və Yunanıstana da qalib gəldi

Hindistanın Çennay şəhərində təşkil olunmuş Ümumdünya Şahmat Olimpiadası davam edir.

Komanda.az xəbər verir ki, bu gün 3-cü turun görüşləri baş tutub.

Kişilərdən ibarət Azərbaycan millisi bu turda Argentina seçməsinə qalib gəlib. Şəhriyar Məmməmdyarov və Rauf Məmmədov rəqiblərini məğlub edib, Nicat Abbasovla Qədir Hüseynovun görüşləri isə heç-heçə bitib. Komandamız ilk turda Əlcəzairi 4:0, 2-ci turda isə Filippini 3:1 hesabı ilə üstələmişdi.

Qadınlardan ibarət Azərbaycan millisi isə 3-cü turda Yunanıstan seçməsini sınağa çəkib. Rəqibini məğlub edən milli komanda ardıcıl 3-cü qələbəsini qazanıb. Günay Məmmədzadə, Xanım Balacayeva və Gülnar Məmmədova rəqibləri ilə heç-heçə ediblər. Yeganə qalibiyyəti isə Gövhər Beydullayeva əldə edib. Komanda ilk turda Birləşmiş Ərəb Əmirliklərini, ikinci turda isə Finlandiyanı 4:0 hesabı ilə üstələmişdi.

Ümumdünya Şahmat Olimpiadası
3-cü tur
31 iyul

Azərbaycan – Argentina 3:1

Şəhriyar Məmmədyarov – Fernando Peralta – 1:0
Rauf Məmmədov – Federiko Peres – 1:0
Qədir Hüseynov – Leandro Krisa 0,5:0,5
Nicat Abbasov – Dieqo Flores – 0,5:0,5

Azərbaycan – Yunanıstan 2,5:1,5

Günay Məmmədzadə – Stavrula Tsolakidu – 0,5:0,5
Xanım Balacayeva – Anastasiya Avramidu – 0,5:0,5
Gövhər Beydullayeva – Yekaterina Pavlidu – 1:0
Gülnar Məmmədova – Haritomeni Markantonaki – 0,5:0,5

Ümumdünya Şahmat Olimpiadası avqustun 10-da başa çatacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button