
Azərbaycanlı taekvondoçu klublararası Avropa çempionatında “bürünc” qazanıb
Azərbaycanın daha bir taekvondoçusu Allahverdi Məmmədov (+78 kq) Bosniya və Herseqovinanın paytaxtı Sarayevoda keçirilən klublararası Avropa çempionatında bürünc medal qazanıb.
Bu barədə Komanda.az-a Azərbaycan Taekvondo Federasiyasından məlumat verilib.
“Atlet” klubunun üzvü gənclər arasında yarışda ikinci yeri tutub.
Daha əvvəl ölkənin altı təmsilçisi bu yarışda mükafat qazanıb.
Bizi Telegramda izləyin
Bizi Facebook-da izləyin



