Azərbaycanlı hakimlərə AÇ-də 3 təyinat

FİFA referisi Fəridə Lütfəliyeva növbəti təyinat alıb.

Komanda.az xəbər verir ki, Lütfəliyeva 19 yaşadək qadın futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının ikinci seçmə mərhələsinin B Liqasında keçiriləcək oyunları idarə edəcək.

O, 2-ci qrup çərçivəsində aprelin 1-də Farer adaları – Moldova, 7-də Moldova – Kipr matçlarının baş hakimi olacaq. FIFA referisi aprelin 4-də Estoniya – Moldova qarşılaşmasında dördüncü hakim funksiyasını yerinə yetirəcək. Gülnurə Əkbərzadə isə həmin görüşlərin köməkçi hakimi olacaq.

Qrupun oyunları Moldovada təşkil olunacaq.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button