“Azərbaycanla matçda favorit olduğumuzu göstərməliyik”

Futbol üzrə Serbiya yığmasının yarımmüdafiəçisi Filip Kostiç DÇ-2022-nin seçmə mərhələsi çərçivəsində Azərbaycan millisinə qarşı keçirəcəkləri oyundan öncə fikirlərini bölüşüb.

Komanda.az xəbər verir ki, o, bu gün baş tutan mətbuat konfransında bunları söyləyib:

“Müasir futbolda zəif rəqib yoxdur. Hər bir yığma futbol oynaya bilir. Lüksemburq üzərində qələbə bizim üçün çox vacib idi. Qarşıdakı matça da hazırıq. Hər qalibiyyət özünəinamımızı artırır. Bu, Lissabon səfəri öncəsi çox önəmlidir. Hər bir rəqibə hörmət edirik. Favorit olsaq da, məsuliyyətdən qaçmırıq. Amma bunu meydanda göstərməliyik. Eyni zamanda Portuqaliyanın matçlarını izləyəcək və uğursuzluğuna ümid edəcəyik. Lakin əvvəlcə sabahkı oyunu udmaq lazımdır”.

Sabah baş tutacaq Serbiya – Azərbaycan matçına Bakı vaxtı ilə saat 22:45-də start veriləcək.