Azərbaycanın dörd cüdoçusu Avropa çempionatında iştirak edəcək

31 may – 1 iyun aralığında Latviyanın paytaxtı Riqada keçiriləcək kata üzrə Avropa çempionatında iştirak edəcək Azərbaycan cüdoçuları açıqlanıb.

Komanda.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasının mətbuat xidməti məlumat yayıb.

Qitə birinciliyində ölkəmiz 4 idmançı ilə təmsil olunacaq. Onlar “Nage-no-kata” və “Katame-no-kata” üzrə mübarizə aparacaqlar.

Turnirdə 22 ölkədən 332 cüdoçu qüvvəsini sınayacaq.

Nage-no-Kata
İsmayıl Rzayev – tori (hücum edən idmançı)
Samir İsmayılov – uke (hücum edilən idmançı)

Katame-no-kata
Rafiq Nəcəfov – tori
Seymur Məcidli – uke

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button