Azərbaycanda işləmiş baş məşqçi Rusiya klubundan ayrıldı

Rusiyanın “Ximki” klubu baş məşqçisi Sergey Yuranla yollarını ayırıb.

Komanda.az xəbər verir ki, bu barədə klubun Müşahidə Şurasının üzvü Roman Teryuşkov məlumat verib.

O, 53 yaşlı mütəxəssisin müqaviləsinin qarşılıqlı razılıq əsasında ləğv edildiyini bildirib.

Sergey Yuranın “Ximki” ilə müqaviləsi 2022/2023 mövsümünün sonunda başa çatmalı idi. Fevralda baş məşqçi təyin olunan mütəxəssis 2008 və 2020-ci illərdə də bu komandaya rəhbərlik edib.

Yuran 2011-ci ildə Azərbaycanda “Simurq”un baş məşqçisi olub.