Azərbaycan Voleybol Federasiyasının rəsmisi Çempionlar Liqasına təyinat alıb

Azərbaycan Voleybol Federasiyasının (AVF) Beynəlxalq əlaqələr şöbəsinin rəhbəri, Avropa Voleybol Konfederasiyasının (CEV) Avropa İdman Təşkilatı Komissiyasının üzvü Mixail Frişman Çempionlar Liqasına təyinat alıb.

Komanda.az xəbər verir ki, o, qadın voleybolçular arasında B qrupunda keçiriləcək “Əczaçıbaşı Dinavit” (Türkiyə) – “Martiza” (Bolqarıstan) görüşündə supervayzer kimi hakimlərin işinə qiymət verəcək.

Bu gün baş tutacaq qarşılaşmanın hakimləri yunanıstanlı Vasileios Vasileiadis və serbiyalı Deyan Roqiçdir.

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button