Azərbaycan millisinin üzvü oynadı, komandası uduzdu

Niderland çempionatında 24-cü turun oyunları keçirilir.

Komanda.az xəbər verir ki, Azərbaycan milli komandasının üzvü Ozan Can Kökçünün formasını geyindiyi “Volendam” səfərdə “NAK Breda” ilə qarşılaşıb.

Kökçünün komandası rəqibinə 0:1 uduzub.

Kökçü meydana start heyətində çıxıb və görüşün 56-cı dəqiqəsində əvəzlənib.

“Volendam” 24 xalla turnir cədvəlində 14-cü pillədədir. 

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button