Azərbaycan millisindən Tbilisidə bir qələbə, bir məğlubiyyət

Aprelin 24-dən etibarən Gürcüstanın Tbilisi şəhərində təlim-məşq toplanışına start verən basketbol üzrə oğlanlardan ibarət Azərbaycanın U-16 millisi hazırlıq çərçivəsində iki yoxlama oyunu keçirib.

Komanda.az xəbər verir ki, Tahir Baxşıyevin yetirmələri ilk görüşündə “Martveli”nin U-16 komandası ilə qarşılaşıb və rəqibinə 68:44 hesabı ilə qalib gəlib.

İkinci görüş güclü “Dinamo Tbilisi”nin U-16 komandasına qarşı baş tutub. Yığmamız oyundan 68:73 hesablı məğlubiyyətlə ayrılıb.

Təlim-məşq toplanışı aprelin 30-na qədər davam edəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button