Azərbaycan millisi Şimali Makedoniyaya qalib gəldi

Futbol üzrə Azərbaycan milli komandası bu gün növbəti yoxlama oyununa çıxıb.

Komanda.az xəbər verir ki, Canni De Byazinin baş məşqçisi olduğu komanda Skopyedə Şimali Makedoniya millisi ilə qarşılaşıb.

Dörd qolun qeydə alındığı matçda Azərbaycan futbolçuları əzmkar qələbəyə seviniblər.

Azərbaycan millisi daha əvvəl – noyabrın 16-da Moldova ilə yoxlama matçında qarşılaşmış və 2:1 hesablı qələbə qazanmışdı.

Yoxlama oyunu

20 noyabr

Şimali Makedoniya – Azərbaycan 1:3
Qol: E.Bardi, 25-pen – E.Cəfərquliyev, 38. M.Qurbanlı, 65. R.Şeydayev, 88.
Qırmızı vərəqə: B.Nikolov, 52 (ikinci sarı) – H.Haqverdi, 75.
Hakimlər: Enea Yorqyi, İlir Tartaray, Doyando Miftari (hamısı Albaniya)
Dördüncü hakim:Yovan Kaçevski (Şimali Makedoniya)
Skopye. “Todor Proeski Milli Arena”

Şimali Makedoniya: 22.Damyen Şişkovski, 3.Stefan Aşkovski, 5.Nikola Serafimov, 6.Visar Musliu, 7.Elif Elmas, 8.David Babunski, 10.Enis Bardi, 13.Stefan Ristovski (k), 16.Boban Nikolov, 23.İliya Nestorovski, 24.Lyupçe Doriyev

Ehtiyat oyunçular: 1.Stole Dmitriyevski, 12.Kristiyan Naumovski, 26.İqor Aleksovski, 2.Todor Todoroski, 4.Kire Ristevski, 9.Boyan Miovski, 11.Yani Atanasov, 14.Darko Velkovski, 15.Eqzon Beytulay, 17.Valon Etemi, 18.Aqon Elezi, 19.Dorian Babunski, 20.Stefan Spirovski, 21.Martin Mirçevski, 25.Aleksandar Dimovski

Baş məşqçi: Blaqoya Milevski

Azərbaycan: 12.Şahruddin Məhəmmədəliyev, 4.Bəhlul Mustafazadə, 6.Höccət Haqverdi, 8.Emin Mahmudov (k), 11. Ramil Şeydayev, 15.Bəxtiyar Həsənəlizadə, 19.Elvin Cəfərquliyev, 20.Riçard Almeyda, 21. Ozan Can Kökçü, 22.Aleksey İsayev, 24. Musa Qurbanlı

Ehtiyat oyunçular: 1.Emil Balayev, 23.Səlahət Ağayev, 2.Amin Seydiyev, 3.Azər Salahlı, 5.Cəlal Hüseynov, 7.Namik Ələskərov, 9.Renat Dadaşov, 10.Mahir Emreli, 13.Anatoli Nuriyev, 14.Ceyhun Nuriyev, 16.Elvin Camalov, 17.Toral Bayramov, 5.Anton Krivotsyuk, 25.Rövlan Muradov, 26.Qismət Alıyev

Baş məşqçi: Canni De Byazi

Bizi Telegramda izləyin

Bizi izləyin Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button