Azərbaycan millisi Serbiyaya yollandı

Azərbaycanın 3×3 basketbol üzrə qadın yığma komandasının bir qrup heyəti Serbiyaya yollanıb.

Komanda.az xəbər verir ki, onlar bu gündən etibarən Novi Sad şəhərində təlim-məşq toplanışına başlayıblar.

Millimiz serbiyalı mütəxəssislərin rəhbərliyi ilə gündə iki dəfə olmaqla məşqlərdə iştirak edəcəklər.

Təlim-məşq toplanışında əsas məqsəd may ayında start görürəcək 3×3 basketbol üzrə Dünya Qadın Seriyasına hazırlaşmaqdır.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button