Azərbaycan millisi 2 yoxlama oyunu keçirəcək

Futzal üzrə Azərbaycan milli komandası iki yoxlama oyunu keçirəcək.

Komanda.az xəbər verir ki, yığma komanda Bakıda təlim-məşq toplanışı keçirəcək Türkmənistan millisi ilə üz-üzə gələcək.

Oyunlar avqustun 17-də və 19-da Bakı İdman Sarayında keçiriləcək.