Azərbaycan millisi Haiti ilə yoxlama oyunu keçirəcək

Azərbaycan millisinin yoxlama görüşü üçün daha bir rəqibi müəyyənləşib.

Komanda.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, milli komanda Haiti ilə üz-üzə gələcək.

Görüş martın 22-də Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunda baş tutacaq.

Matçın başlama saatı hələlik bəlli deyil.

Milli komanda martın 25-də Belarus, iyunun 7-də Latviya, iyunun 10-da isə Macarıstan ilə yoxlama görüşü keçirəcək.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button