Azərbaycan millisi Avropa Kubokunda yarımfinala yüksəldi

Azərbaycanın qadınlardan ibarət 3×3 basketbol millisi Danimarkanın paytaxtı Kopenhagendə keçirilən Avropa Kubokunda yarımfinala vəsiqə qazanıb. 

Komanda.az xəbər verir ki, yığma 1/4 final mərhələsində Polşa seçməsi ilə üz-üzə gəlib. Komanda rəqibini 16:13 hesabı ilə məğlub edib.

Azərbaycan millisi daha əvvəl qrup mərhələsində Fransa (21:16) və Ukraynanı (21:14) üstələyib.

Bizi Telegramda izləyin

Bizi Facebook-da izləyin

Əlaqəli yazılar

Back to top button